AI mühəndisliyi
Təlim süni intellekt sahəsinə sıfırdan başlamaq və əldə olunan bilikləri real layihələrdə tətbiq etmək istəyənlər üçün hazırlanıb.
Müraciət et6 ay
tədris müddəti
2 dəfə
həftəlik dərs
2 saat
hər dərs
Hibrid
tədris formatı
Hibrid · Azərbaycan dili
Burada sadəcə öyrənməyəcəksən. Yaradacaqsan.
Praktiki tədris
Nəzəri bilikləri praktiki tapşırıqlar, laboratoriya işləri və real nümunələr üzərində tətbiq edərək AI texnologiyaları ilə işləmə bacarıqlarını inkişaf etdirəcəksən.
Mini-layihələr
Data Analysis, Machine Learning, Deep Learning və Generativ AI istiqamətlərində mini-layihələr hazırlayaraq öyrəndiklərini praktikada tətbiq edəcəksən.
Real AI layihəsi
Proqramın sonunda əldə etdiyin bilikləri bir araya gətirərək real problemə əsaslanan yekun AI layihəsi hazırlayacaq və təqdim edəcəksən.
Mentor dəstəyi
Tapşırıq və layihələr üzərində işləyərkən qarşılaşdığın çətinlikləri mentor dəstəyi ilə analiz edəcək və sistemli həll etməyi öyrənəcəksən.
Portfolio
Hazırladığın layihələri GitHub üzərindən strukturlaşdıraraq AI sahəsində bacarıqlarını nümayiş etdirən şəxsi portfolio formalaşdıracaqsan.
Karyera hazırlığı
AI sahəsində karyera istiqamətlərini tanıyacaq, layihələrinin təqdimatı və peşəkar profilinin formalaşdırılması üzrə praktiki yanaşmalar əldə edəcəksən.
Sıfırdan real AI layihəsinə.
Altı mərhələdə fundamental biliklərdən işlək AI həllinə qədər irəliləyəcəksən.
Süni intellekt və Python əsasları
Süni intellektin iş prinsipləri, Machine Learning, Deep Learning və Generativ AI anlayışları ilə tanışlıq, Python üzrə fundamental biliklər.
Verilənlərin analizi və Machine Learning
Verilənlərin hazırlanması, analizi və vizuallaşdırılması, proqnozlaşdırma və təsnifat üçün Machine Learning modellərinin qurulması.
Deep Learning və neyron şəbəkələri
Neyron şəbəkələrinin iş prinsipi, Deep Learning modellərinin hazırlanması, öyrədilməsi və qiymətləndirilməsi.
Computer Vision və NLP
Görüntü və mətn məlumatlarının emalı, Computer Vision, Natural Language Processing və Transformer əsaslı yanaşmalar.
Generativ AI və böyük dil modelləri
Böyük dil modelləri, Prompt Engineering, RAG, chatbot və sənəd əsaslı AI həllərinin hazırlanması.
AI tətbiqləri və real layihələr
Texnologiyaların praktiki tapşırıq və mini-layihələrdə tətbiqi, real problem əsasında yekun AI layihəsinin hazırlanması.
Təlimdən sonra nəyi bacaracaqsan?
Təlimi tamamladıqdan sonra yalnız nəzəri biliklər deyil, real layihələr üzərində tətbiq edə biləcəyin praktiki bacarıqlar əldə edəcəksən.
Python
Verilənlərin emalı və AI layihələri üçün Python-dan istifadə
Data Analysis
Verilənlərin təmizlənməsi, analizi və vizuallaşdırılması
Machine Learning
ML modellərinin qurulması, öyrədilməsi və qiymətləndirilməsi
Deep Learning
Neyron şəbəkələrinin anlaşılması və modellərin hazırlanması
Computer Vision
Görüntülərin analizi və təsnifatı üçün AI həlləri
NLP
Mətnlərin emalı və analizi üçün NLP yanaşmaları
Generativ AI və LLM
Böyük dil modelləri ilə məqsədyönlü iş
Prompt Engineering
Daha dəqiq və məqsədyönlü nəticələrin əldə edilməsi
RAG və chatbotlar
Sənəd və məlumat əsaslı AI sistemlərinin hazırlanması
AI layihəsi
İdeyadan işlək həllə qədər əsas mərhələlərin icrası
Bu təlim sənin üçündür, əgər...
AI sahəsinə sıfırdan başlayırsansa
Süni intellektə maraq göstərirsənsə və öyrənməyə haradan başlayacağını bilmirsənsə.
Tələbə və ya yeni məzunsansa
Texnologiya sahəsində karyera qurmaq və portfolion üçün real layihələr hazırlamaq istəyirsənsə.
Texnologiya ilə maraqlanırsansa
Machine Learning, Deep Learning və Generativ AI üzrə texniki biliklərini genişləndirmək istəyirsənsə.
AI mühəndisliyində inkişaf etmək istəyirsənsə
ML modellərindən LLM və RAG tətbiqlərinə qədər sistemli texniki biliklər əldə etmək istəyirsənsə.
Öz AI layihəni yaratmaq istəyirsənsə
Biliklərini real problem üzərində tətbiq edib işlək AI həlli hazırlamaq istəyirsənsə.
Beynəlxalq sertifikatlaşdırma.
AI.edu.az × Ankara Universiteti
Xarici universitetlə birgə sertifikatlaşdırma imkanı
Təlim Ankara Universitetinin Yapay Zeka Enstitüsü və ANKÜSEM ilə əməkdaşlıq çərçivəsində həyata keçirilir.
YAPAY ZEKA ENSTİTÜSÜ
Ankara Universiteti
ANKÜSEM
Sürekli Eğitim Merkezi
AI mühəndisliyinə ilk addımını at.
Məlumatlarını göndər. Komandamız proqram və növbəti addımlar haqqında səninlə əlaqə saxlayacaq.
