AI4CULTURE
Süni İntellekt Məktəbi
AI4CULTURE iştirakçılarını süni intellektin müasir imkanları ilə tanış edən və praktiki bacarıqlar qazandıran 8 həftəlik təhsil layihəsidir.
8 HƏFTƏ
Təlim müddəti
15+
İştirakçı

Bilikdən praktikaya.
AI4CULTURE iştirakçılarını süni intellektin müasir imkanları ilə tanış edən və praktiki bacarıqlar qazandıran 8 həftəlik təhsil layihəsidir.
Proqram boyunca iştirakçılar hər həftə yeni mövzular üzrə öyrəndiklərini real nümunələr və praktiki tapşırıqlar üzərində tətbiq edərək yaradıcı, innovativ və komandada işləmə bacarıqlarını inkişaf etdiriblər.
Süni İntellekt Azərbaycan İnstitutu
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi
Süni İntellekt Azərbaycan Platforması
Dünya Azərbaycanlıları Gənclər Təşkilatı
İştirakçılar nə öyrəndilər?
AI ilə şəkil və video emalı
Süni intellekt alətləri vasitəsilə vizual materialların hazırlanması və emalı.
Səslərin yaradılması və klonlaşdırılması
AI əsaslı səs texnologiyalarının imkanları və onların praktiki tətbiqi.
Prompt mühəndisliyi
AI sistemlərindən daha dəqiq və məqsədyönlü nəticə almaq üçün sorğuların qurulması.
Təqdimat və dizayn bacarıqları
İdeyaların strukturlaşdırılması, vizuallaşdırılması və aydın təqdim olunması.
Gənclərin gələcəyinə praktiki başlanğıc.
Layihənin məqsədi gənclərin süni intellekt sahəsində nəzəri biliklərlə yanaşı praktiki vərdişlər qazanmasına və gələcək peşəkar fəaliyyətlərində bu biliklərdən istifadə etməsinə şərait yaratmaqdır.
AI4CULTURE fotolarda.






