AI4Youth
Gənclər üçün Süni İntellekt Məktəbi
AI4Youth gəncləri süni intellektin müasir imkanları ilə tanış edən və nəzəri bilikləri praktiki tapşırıqlarda tətbiq etməyə imkan verən 8 həftəlik təhsil layihəsidir.
8 HƏFTƏ
Təlim müddəti
20+
İştirakçı

Bilikdən praktikaya.
AI4Youth gəncləri süni intellektin müasir imkanları ilə tanış edən və nəzəri bilikləri praktiki tapşırıqlarda tətbiq etməyə imkan verən 8 həftəlik təhsil layihəsidir.
Proqram boyunca iştirakçılar hər həftə yeni mövzular üzrə öyrəndiklərini real nümunələr üzərində tətbiq edib, yaradıcı, innovativ və komandada işləmə bacarıqlarını inkişaf etdiriblər.
Dünya Azərbaycanlıları Gənclər Təşkilatı
Süni İntellekt Azərbaycan Platforması
Süni İntellekt Azərbaycan İnstitutu
İştirakçılar nə öyrəndilər?
AI ilə şəkil və video emalı
Süni intellekt alətləri vasitəsilə vizual materialların hazırlanması və emalı.
Səslərin yaradılması və klonlaşdırılması
AI əsaslı səs texnologiyalarının imkanları və onların praktiki tətbiqi.
Prompt mühəndisliyi
AI sistemlərindən daha dəqiq və məqsədyönlü nəticə almaq üçün sorğuların qurulması.
Təqdimat və dizayn bacarıqları
İdeyaların strukturlaşdırılması, vizuallaşdırılması və aydın təqdim olunması.
Gənclərin gələcəyinə praktiki başlanğıc.
Layihənin məqsədi gənclərin süni intellekt sahəsində nəzəri biliklərlə yanaşı praktiki vərdişlər qazanmasına və gələcək peşəkar fəaliyyətlərində bu biliklərdən istifadə etməsinə şərait yaratmaqdır.
AI4Youth fotolarda.




